Yolda təmir işləri, arxiv şəkli

Sürücülərin nəzərinə - Bakı Dairəvi yolunda təmir gedir

29
(Yenilənib 18:44 06.03.2019)
Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

BAKI, 6 mart — Sputnik. Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolalrı Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur. Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

29