Круглый стол на тему Как происходит трансформация роли женщин в обществе

"Qadın cəmiyyətdə hansısa mövqe qazandı deyə özünü ailədə başqa cür aparmamalıdır"

25
(Yenilənib 13:14 06.03.2019)
Könül Əsədova: "Neqativ hallarla mübarizə üçün ümumi cəmiyyət maariflənməlidir"

BAKI, 6 mart — Sputnik. Son 10 ildə Azərbaycan qadınının cəmiyyətdə tutduğu mövqedə dəyişikliklər olub. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə hüquqşünas Könül Əsədova deyib.

O bildirib ki, bu, özlüyündə müsbət olsa da, mənfi halların yaranmasına da səbəb olub: "Təəssüf ki, bəzi qadınlar cəmiyyətdə mövqe qazandıqdan sonra, ailədə də fərqli davranmağa çalışırlar. Bu, qanunlara da uyğun gəlmir. Bundan istifadə edən qadınlar ailə münasibətlərinə də ziyan vururlar".

"Biz bir çox hallarda bunun şahidi oluruq. Ancaq bununla yanaşı, regionlarda vəziyyət fərqlidir. Bir çox yerlərdə qadınlara qarşı zorakılıq halları mövcuddur və qadınlar çoxarvadlılıq şəraitində yaşamağa məcburdurlar. Belə hallarla mübarizə üçün isə, ümumi cəmiyyət maariflənməlidir" - K.Əsədova vurğulayıb.

25
Teqlər:
mövqe, cəmiyyət, qadın, Azərbaycan
Əlaqədar
Onlar ruh üçün qadın və uşaqların barmaqlarını kəsirlər
Qadın güləşçiləri Serbiyada sınaq gözləyir
Qadınların cəmiyyətə transformasiyası necə gedir
AZAL təyyarəsi

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

0
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır

BAKI, 6 avqust — Sputnik. Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır.

0
Əlaqədar
AZAL İstanbul istiqamətində reyslərin sayını artırır
Bakı-Moskva-Bakı çarter reysi təşkil olunacaq: şərtlər
Xaricdə gəzmək istəyən özünə agent tapsın - hər şey qanunidir və bu gündən başlayır

İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

11
"Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək"

BAKI, 6 avqust — Sputnik. Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətinizə təqdim edirik:

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

“Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq”.

“Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

11