Səyyar ASAN xidmət avtobusu

Doqquz regionun vətəndaşlarına müjdə

62
(Yenilənib 18:53 05.03.2019)
Səyyar ASAN xidmət davam edir

BAKI, 6 mart — Sputnik. Səyyar ASAN xidmət 4-18 mart Maştağa qəsəbəsində, 5-19 mart Hacıqabul, Samux, Ceyranbatan, Siyəzən, Cəlilabad, Naftalan, Qobustan, Horadiz və Saatlıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər

62
Zaqatala rayonunda çay, arxiv şəkli

Çayda batan əsgərin yaxınlarını onun boğulduğu əraziyə apardılar

9
Hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər

BAKI, 12 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. 

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən  Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun meyitinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki,  hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

9
Koronavirus testi, arxiv şəkli

Bu gün COVID xəstələri antirekord vurublar

8
Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu

BAKI, 12 iyul — Sputnik. Son sutka ərzində dünyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bir sutkada 230370 nəfərdə yoluxma aşkarlanıb, 24 saat ərzində 5285 xəstə dünyasını dəyişib. 

Pandemiya başlayandan indiyədək 12 552 765 nəfər SARS-Cov-2 virusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 561 617 insan ölüb.

Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu.

Dünya ölkələrində koronavirus pandemiyası səbəbindən aclıqdan ölənlərin sayının artacağı deyilir. Beynəlxalq xeyriyyə təşkilatı Oxfam iddia edir ki, “aclıq böhranı” infeksiyadan daha çox insan öldürə bilər. Mütəxəssislərin rəyinə görə, 2020-ci ilin sonunadək aclıqdan və ya qida çatışmazlığından gündə 12 minədək insan ölə bilər. Koronavirusdan bir gündə ölənlərin rekord sayı isə aprelin 17-də qeydə alınıb – 8890 ölüm.

8
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı