Fazil Mustafa

"Vacib xidmət sektorları bazar günü fəaliyyət göstərməlidir"

41
(Yenilənib 14:48 05.03.2019)
Millət vəkili: "Elə insanlar var ki, onların işlərini görmək üçün yalnız bazar günü zamanı var"

BAKI, 5 mart - Sputnik. "Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir.

"Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanı var. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir" - deputat vurğulayıb.

41
Teqlər:
bazar, vətəndaş, sektor, xidmət
Əlaqədar
Bakı sakinlərinə xüsusi xidmət göstəriləcək
Nazirlik xidməti avtomobillərdən imtina etdi
Pandemiyada imtahan

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

0
Oorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsi nəşr edilib

BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

0
Koronavirus testi, arxiv şəkli

Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək

1
(Yenilənib 13:53 07.07.2020)
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir.

BAKI, 7 iyul — Sputnik. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).

1