CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yalan göz qabağındadır, olan isə bizə olur

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку, фото из архива
Старые автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Sistem olmadığı üçün sərnişinlərə deyirik ki, getdikləri məsafəyə görə gediş haqqı ödəsinlər”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyi hər ötən gün daha bir yenilik tətbiq edərək, sərnişinləri sevindirməyə çalışır. BNA-nı ölkənin ən çalışqan qurumlarından biri adlandırsaq, yanılmarıq. Amma qurumun işindəki nöqsanlar da yox deyil. Bu isə son nəticədə sərnişinlərə zərbə vurur.

Yanmış avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda bir gündə iki avtobus yanıb

Bir müddət öncə avtobusların getdiyi məsafəyə görə qiymət tətbiq edildi. Yeniliyə görə, məsafə uzandıqca gediş haqqı da artır. Məsafəyə görə sərnişinlər 30, 40, 50, hətta 90 qəpiyə qədər gediş haqqı ödəməli olurlar. Bu məsələ ilə bağlı sərnişinlərlə avtobus sürücüləri arasında tez-tez mübahisə yaranır.

Çünki birinci dayanacaqdan sonuncu dayanacağa kimi gediş haqqı 40, 50  qəpik və daha çox olan avtobusların sürücüləri, məsafəsindən asılı olmayaraq, sərnişinlərdən eyni məbləği tələb edirlər. Yəni 2-3 dayanacaq gedən də sonuncu dayanacağa kimi gedən sərnişin qədər pul ödəməli olur.

Bu da sərnişinlərin haqlı narazılığına gətirib çıxarır. Bəzən belə mübahisədən sərnişin, bəzən isə sürücü qalib ayrılır. Kimin haqlı olduğuna isə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, bu mövzuda sürücülər haqsızdır: “Gediş haqları məsafəyə görə nizamlanır, yəni məsafəyə görə təyin olunur. Sürücü hamıdan sonuncu dayanacağa kimi verilməli olan gediş haqqını tələb edə bilməz”.

BNA sözçüsü qeyd edib ki, bu məsə, əslində, kartlı sistemlə tənzimlənməlidir: “Bizdə hələ ki bu sistem yoxdur. Bütün avtobuslar kart sisteminə keçəndən sonra yeni sistem tətbiq olunacaq. Belə ki, qapıdan girən kimi kart vurulanda sonuncu gedişə kimi olan məbləğ kartdan tutulacaq. Yarı yolda düşəndə çıxış qapısındakı sistemə kart yaxınlaşdırılanda isə qalan yol üçün nəzərdə tutulan məbləğ balansa oturacaq”.

“Hələlik bu sistemimiz olmadığı üçün sərnişinlərə deyirik ki, getdikləri məsafəyə görə gediş haqqı ödəsinlər. Sürücü etiraz edərsə, sərnişinlər bizə müraciət etsinlər, sürücü haqqında tədbir görək” – deyə M.Əliyev vurğulayıb.

Xəbər lenti
0