CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Usubov Bakıda polis rəisini işdən çıxardıb

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Muradəli Babayev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb

BAKI, 4 mart — Sputnik. Bakıda polis rəisi işdən çıxarılıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Xəbər lenti
0