CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşusunun evini yaran şəxs tutuldu

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidƏlləri qandallanmış kişi, arxiv şəkli
Əlləri qandallanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI,  2 mart — Sputnik. Ağcabədi rayon sakini Rövşən Azadov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, R. Azadova məxsus evdən ümumi dəyəri 3000 manat olan məişət əşyalarının oğurlandığı müəyyən edilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elçin Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0