Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib

Şəkidə sürücülərə qarşı əməliyyat: 80 avtomobil saxlanıldı

67
(Yenilənib 12:32 02.03.2019)
20 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  2 mart — Sputnik. Şəki  Şəhər-Rayon  Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
© Sputnik / Shahperi Abbasova
Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanuna uyğun müvafiq tədbirlər görülüb.

Reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və onlardan 20-nin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda, həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

  • Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    © Sputnik / Shahperi Abbasova
  • Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    © Sputnik / Shahperi Abbasova
  • Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

67

İcra başçısının müavinini maşın vurdu

15
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

15

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

1066
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

1066
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0