Dağ çayı, arxiv şəkli

Azərbaycanda su qıtlığı yarana bilər

214
(Yenilənib 11:06 02.03.2019)
İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək

BAKI, 2 mart — Sputnik. “İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su ehtiyatının azalması müşahidə edilə bilər”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin həssas ərazilərə təsiri böyükdür. Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır: “Su ehtiyatlarının azalmasına iqlim dəyişmələrinin də təsiri var. Gələcəkdə bu amil eləcə də çaylara öz təsirini göstərə bilər. İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük. Amma ölkəmiz bu sahədə strategiyalar, milli proqramlar qəbul edib, adaptasiya tədbirləri müəyyənləşdirib. İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü Su Anbarı, Tovuz Su Anbarı, Şəmkirçay Su Anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib”.

M.Əbdülhəsənov qeyd edib ki, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, yaşıl texnologiyalardan, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə edilməlidir: "Tullantı sularını təmizləyib dənizə atırıq. Amma niyə atırıq?! Biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər”.

Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür ki, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda, su kanallarında itir.

Onun sözlərinə görə, Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, suyun 70 faizi kənardan çirklənmiş halda ölkəmizə daxil olur.

214
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

41
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

41
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29