Əməliyyat

Baş həkim inkar etdi, “ölüm olmayıb” dedi

83
(Yenilənib 16:59 27.02.2019)
Baş həkim ana və körpəsinin dünyasını dəyişməsi ilə bağlı xəbəri inkar etdi

BAKI, 28 fevral — Sputnik. Ucar sakini qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib. Bu haqda ONA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Ucar rayon Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Tərlan qızı Abbasova bir neçə gün əvvəl doğuşla əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadının vəziyyəti ağır olduğundan, o, təcilli Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

A.Abbasovanın üzərində qeysəriyyə əməliyyatı aparılarkən körpənin ana bətnində öldüyü məlum olub. Əməliyyatdan bir neçə gün sonra A.Abbasova xəstəxanada dünyasını dəyişib.

Məlumatı dəqiqləşdirmək Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a açıqlamasında isə xəstəxanada belə bir hadisənin baş vermədiyini deyib: "Bizdə belə bir hadisə baş verməyib".

Məlumata görə, A.Abbasova ailə həyatı qurandan 6 il sonra hamilə qalıbmış.

83