Daxili İşlər Nazirliyinin binası, arxiv şəkli

Nazir polis rəisini işdən çıxarıb yeni yerə təyin etdi

223
(Yenilənib 17:55 27.02.2019)
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyəv iki gün öncə tutduğu vəzifədən azad edilib

BAKI, 27 fevral — Sputnik. Daxil işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Nəsimi rayonu Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev tutduğu vəzifədən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, nazirin digər əmri ilə o, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyəv iki gün öncə tutduğu vəzifədən azad edilib. O, hələlik sərəncamdadır.

223