Müavinət pulu

Prezident yarım milyona yaxın vətəndaşı sevindirib

456
(Yenilənib 11:09 27.02.2019)
Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.

Bildirilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək.

Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.

456
Teqlər:
müavinət, məcburi köçkün, qaçqın, prezident, Azərbaycan
Əlaqədar
Prezidentdən müjdə: "Problemli kreditlər həll olunacaq, sosial müavinətlər artırılacaq"
İlham Əliyev sosial müavinətləri artırdı - SƏRƏNCAM
Prezident aylıq müavinətləri artırdı
Saxta əlilliyə görə müavinət alanlardan aldıqları pullar geri alınacaq
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

2
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

2
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

13
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

13
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan