CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan daha bir xeyriyyə aksiyasına başlayır

© Sputnik / Alyona SalayevaQocalar evi
Qocalar evi - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz bayramı ərəfəsində Sputnik Azərbaycan və onun oxucuları Qocalar evinin sakinlərini hədiyyələrlə sevindirəcəklər

BAKI, 26 fevral — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yenidən #SəxavətliNovruz xeyriyyə aksiyasını elan edib. Ötən gün start götürən layihə çərçivəsində pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindəki (Qocalar evi) Azərbaycan vətəndaşları üçün bayram hədiyyələrinin toplanması nəzərdə tutulur.

Фойе Учреждения по оказанию помощи лицам, достигшим пенсионного возраст - Sputnik Azərbaycan
Sputnik Azərbaycan qocalar evi üçün aksiyaya başlayır

Aksiyanın məqsədi Novruz bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan yaşlı insanları sevindirməkdir. Sputnik Azərbaycan Qocalar evinin sakinləri üçün geyimdən, ayaqqabıdan, döşəkağından tutmuş, milli şirniyyatlara qədər müxtəlif hədiyyələri toplamağı planlaşdırır.

"Biz bu il də xeyriyyə aksiyası keçirməyə davam edirik. Ötən ilki təcrübə göstərdi ki, bizim ölkəmizdə yaşından asılı olmayaraq, köməyə ehtiyacı olan həmvətənlərə yardım etmək istəyən çox sayda xeyirxah insan var. Bu il #SəxavətliNovruz xeyriyyə aksiyasının "ilk qaranquşları" taleyin hökmü ilə Qocalar evinə düşmüş insanlar olacaq. Belə bir aksiyanın keçirilmə ideyası Sputnik Azərbaycan-ın qayğıdan məhrum insanlara kömək etməyə hazır olan oxucularının çoxsaylı müraciətləri əsasında yaranıb" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Hazırda sözügedən müəssisədə yaşları 65-dən 94-ə qədər olan 116 qadın və 105 kişi (cəmi 221 nəfər) var. Buranın sakinlərinin 90 faizi yaşı 80-dən yuxarı olan insanlardır.

Hədiyyələrin ünvanlılıq prinsipini təmin etmək məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşları bu müəssisənin rəhbərliyi və sakinləri ilə daimi əlaqə saxlayacaqlar.

#SəxavətliNovruz aksiyasında arzu edən hər kəs iştirak edə, geyim, ayaqqabı, şirniyyatlar və digər hədiyyələri Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23M, 4-cü mərtəbə) gətirə bilər. Detalları dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-la bu telefonlar vasitəsilə əlaqə saxlayın: +99412) 404-13-84/85, yaxud bu e-mail-ə yazın: media@sputnik.az.

Aksiya çərçivəsində toplanmış bütün hədiyyələr Novruz bayramı ərəfəsində — martın 18-də Qovalar evinin sakinlərinə təqdim ediləcək.

Sputnik Azərbaycan hamını Qocalar evinin sakinlərinə əsl bayramı hədiyyə etməyə çağırır! Aksiyaya sosial şəbəkələrdə #SəxavətliNovruz haştağını paylaşmaqla dəstək vermək olar!

Xəbər lenti
0