AzerGold QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı

İndi qızıl sikkə külçələrimiz olacaq, özü mağazada

4348
(Yenilənib 19:43 25.02.2019)
Üzərində milli ornamentlərin olduğu qızıl və gümüş sikkə və külçələri əcnəbilər də əldə edə biləcək

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin hazırladığı qızıl və gümüş sikkələr və külçələr "Made in Azerbaijan" brendinin inkişafına və möhkəmlənməsinə töhfə verəcək.

AzerGold QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı
© "AzerGold" QSC-nin mətbuat xidməti
"AzerGold" QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "AzerGold" QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimində "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O, qeyd edib ki, prezident İlham Əliyevin yerli biznesə göstərdiyi dəstək və diqqətin sayəsində müxtəlif seqmentləri əhatə edən keyfiyyətli məhsul və xidmətlər dünya bazarlarında böyük uğur qazanıb. "AzerGold" QSC-nin hazırladığı sikkə və külçələr isə imkan verəcək ki, Azərbaycan vətəndaşları premium-klass keyfiyyətdə olan məhsulları əldə etsinlər.

AzerGold QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı
© "AzerGold" QSC-nin mətbuat xidməti
"AzerGold" QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı

"Milli qızıl və gümüşümüzdən sikkə və külçələrin istehsalı "Made in Azerbaijan" brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcək. Qızıl və gümüşdən hazırlanmış bu məhsullar vətəndaşlara premium klass keyfiyyət təqdim edəcək" - deyə İbrahimov bildirib.

Daha sonra külçə və sikkələrin istehsal prosesindən bəhs edən videoçarx nümayiş etdirilib.

AzerGold QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı
© "AzerGold" QSC-nin mətbuat xidməti
"AzerGold" QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı

Tədbirdə çıxış edən "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı "Çələbi" olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

Məmmədovun dediyinə görə, 5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, milli qızıl və gümüş sikkələrin, külçələrin buraxılması və satılması ölkənin zərgərlik bazarını əhəmiyyətli dərəcədə canlandıra bilər. 1898-ci ildən etibarən basılan, üzərində çar II Nikolayın rəsmi olan beş və onluq sikkələr satılırdı. Milli qızıl və gümüş sikkə və külçələrin yalnız vətəndaşlarımızın deyil, xaricilərin də əmanətlərində layiqli yerlərini tutacağını gözləmək olar. Həmin sikkə və külçələrin üzərindəki ornamentlər vasitəsilə əcnəbilər Azərbaycan tarixi və memarlığı haqqında daha çox məlumat əldə etmiş olacaqlar.

AzerGold QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı
© "AzerGold" QSC-nin mətbuat xidməti
"AzerGold" QSC-nin istehsal etdiyi külçə və sikkələrin təqdimatı

"AzerGold" ASC 11 fevral 2015-ci ildə AR prezidentinin sərəncamı ilə təsis edilib. Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Hazırda ən müasir avadanlıqların köməyi ilə kəşfiyyat və geofiziki tədqiqatlar uğurla həyata keçirilir, eyni zamanda Azərbaycanın bir neçə regionunu əhatə edən irimiqyaslı qazıntı işləri üçün proqram hazırlanır.

4348