CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən tələbə tapılıb

Abunə olmaq
İtkin düşən Goraboylu tələbə Qubada tapılaraq ailəsinə təhvil verilib

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 24 fevral - Sputnik. Fevral ayının 17-də itkin düşən Goraboy rayon sakini Mayis Qurbanov bu gün səhər saatlarında Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.  

Xatırladaq ki, Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıtmaq adı ilə evdən çıxıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, ona zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yox idi.

BDU-nun Hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahat olaraq Goranboy rayon Polis Şöbəsinə müraciət edib.

Xəbər lenti
0