CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda ağır yol qəzası baş verib, yaralananlar var

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Padarçöl istiqamətində hərəkətdə olan "NİSSAN" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb.

BAKI, 24 fevral - Sputnik. Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Şamaxı-Padarçöl yolunun 45-ci kilometrliyində qeydə alınıb.

Padarçöl istiqamətində hərəkətdə olan "NİSSAN" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Qəza zamanı ağı bədən xəsarətləri alan bir qadın və bir kişi "təcili yardım" maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.
Vəziyyəti ağır olan qadın və kişinin kim olduğu hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0