Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi

Gənclər arasında işarət dilinin təbliğinin təşkilinə dair təlim keçirilib

55
(Yenilənib 18:18 23.02.2019)
“Səssizliyin Səsi olaq - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” təlimi keçirildi

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 fevral - Sputnik. “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi bu dəfə Lənkəran Dövlət Universitetində baş tutub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən layihə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən maliyyələşdirilib.

  • “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin rəhbəri Nərgiz Abdulova
    “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin rəhbəri Nərgiz Abdulova
    © Sputnik / Rahim Zakiroghlu
  • Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    © Sputnik / Rahim Zakiroghlu
  • Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    © Sputnik / Rahim Zakiroghlu
  • Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    Lənkəran Dövlət Universitetində “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi
    © Sputnik / Rahim Zakiroghlu
1 / 4
© Sputnik / Rahim Zakiroghlu
“Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin rəhbəri Nərgiz Abdulova

LDU-da baş tutan təlimdə ilk olaraq universitetin prorektoru Kamran Kazımov açılış nitqi ilə çıxış edib. O, təlimdə iştirak edən unversitet tələbələrini  layihə haqqında məlumatlandırıb. Ardınca Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə Dəstək İctimai birliyinin sədri Səbinə Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxış ediblər. Daha sonra isə işarət dili üzrə təmilçi Aytac Qədirova təlim iştirakçılarına  nitq məhdudiyyətli şəxslərlə cəmiyyətdə necə ünsiyyət qurulması haqqında təlim keçib. Tələbələrə işarət dili haqqında məlumat verildikdən sonra tələbələrlə bir yerdə videoçarx izlənilib.

55