Daxili işlər naziri Ramil Usubov

Daha bir rayona polis rəisi təyin olundu

576
(Yenilənib 21:22 22.02.2019)
M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub

BAKI, 22 fevral — Sputnik. Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.

576