ABŞ vizası, arxiv şəkli

“Green Card” qalibi Azərbaycandan Amerikaya getmək üçün qız axtarır

4578
(Yenilənib 20:37 22.02.2019)
Amerikada yaşamaq istəyən subay qızlara şərt var

BAKI, 22 fevral — Sputnik. Ötən il “Green Card” udan, yəni ABŞ-da yaşamaq üçün keçirilən lotereyada qalib olan azərbaycanlı gənc kağız üzərində formal nikaha daxil olmaq üçün subay qız axtarır. Qızın 28 yaşınadək olması şərt kimi irəli sürülüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Kanadada yaşayan azərbaycanlılardan biri "Facebook" qrupunda paylaşım edib. Sosial şəbəkədə yayılan məlumatda “Green Card” qalibi olan şəxsin belə addım atmasının səbəbi izah olunub. Qeyd olunub ki, Amerikada yaşamaq icazəsi olan şəxsin bu yola əl atmasında məqsədi sənədləşmə və digər xərcləri ödəməməkdir.

“Amerikaya getdikdən sonra isə həmin qız şəxsi həyatı ilə bağlı qərarlarını özü verəcək. Bundan sonra o istəsə Amerikada, istəsə də Kanadada qala bilər” – deyə  qeyd olunub.

4578