Бакинский бульвар

Azərbaycan ekskursiya turizmi reytinqində üçüncü oldu

69
(Yenilənib 19:50 22.02.2019)
Azərbaycan Şahdağ və Tufandağ istirahət mərkəzləri üçüncü yerdə gəlir

BAKI, 22 fevral — Sputnik. MDB ölkələri arasında rusiyalı turistlər üçün ekskursiya turizmi baxımından ən yaxşı ölkələrin adları açıqlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda birinci yeri 27 faiz səs toplayan Belarus tutur. İkinci və üçüncü yeri isə 22 faiz səslə Qazaxıstan və 16 faiz səslə Azərbaycan bölüşür. Top beşliyə daxil olan Özbəkistan 12 faiz səslə dördüncü, 9 faiz səslə isə Ermənistan beşincidir.

Hər il MDB ölkələrində 3 milyondan çox turist səyahət edir. Orta hesabla MDB ölkələrində bir həftəlik tur 500-1000 dollara başa gəlir.

Qeyd edək ki, bundan əvvəl qış turist kurortlarının siyahısı açıqlanmışdı. MDB ölkələri arasında ilk yeri Belarusun Loqoysk və Siliçi dağ kurortları, ikinci yeri Qazaxıstanın Çimbulak kurortu tutmuşdu. Azərbaycan Şahdağ və Tufandağ istirahət mərkəzləri üçüncü yerdə gəlir.

69