CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir əsas yolda hərəkət dayandırıldı

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidYolda təmir işləri, arxiv şəkli
Yolda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq

BAKI, 22 fevral — Sputnik. Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

"Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik" – deyə o bildirib.

Xəbər lenti
0