Yeni sərnişin avtobusları

Daha bir marşrut xəttində "Wi-Fi" pulsuz olub

123
(Yenilənib 14:55 22.02.2019)
Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər

BAKI, 22 fevral — Sputnik. “Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz "Wi-Fi" xidməti aktivləşdirilib. 

Sputnik Azərbaycan “Xaliq Faiqoğlu” MMC-yə istinadən xəbər verir ki, bu gündən etibarən 85 saylı marşrut xətti üzrə avtobuslarda da sərnişinlər şirkətin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşulacaqlar.

Qeyd edək ki, bir neçə gün əvvəl şirkətin istismarında olan 18 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə "Wi-Fi" cihazları quraşdırılacaq.

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi" xidmətinə qoşulmuş şəxslər istismarda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

123