CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəsimi rayonundan apardılar, Maştağada tapıldı

© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçidNiva
Niva - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil Maştağa qəsəbəsinin ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib

BAKI, 22 fevral — Sputnik. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən "Niva" markalı avtomobilinin qaçırıldığını bildirilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maştağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0