ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib

Qəbul imtahanlarının vaxtı dəyişdi

6487
(Yenilənib 10:04 21.02.2019)
Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib

BAKI, 21 fevral — Sputnik. Bu il keçirilməsi planlaşdırılan bəzi imtahan günlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək.

Государственный экзаменационный центр
© Sputnik / Murad Orujov

I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-nə təyin olunub. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da olacaq.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və buradan ətraflı tanış ola bilərsiniz.

Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

6487