CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada 139 ədəd partlamamış mina tapılıb

© Photo : ANAMA mətbuat xidmətiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin anbarında mina tapılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin anbarında mina tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Minalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

BAKI, 20 fevral - Sputnik. Ağstafa rayonunda 139 ədəd partlamamış mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonunun Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi (MONİTORİNQ) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə əraziyə baxış keçirilib və minalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbər lenti
0