Milli Məclis

Pensiya hərbi xidmətlə bağlı qanunlara dəyişikliklər edilə bilər

159
(Yenilənib 11:56 19.02.2019)
Milli Məclisin plenar iclası başlayıb, iclasda 27 məsələyə baxılacaq

BAKI, 19 fevral — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

İlk olaraq Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılacaq.

"Kitabxana işi haqqında", "Dövlət rüsumu haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Əmanətlərin tam sığortalanması haqqında", "Əmək pensiyaları haqqında", "Üzümçülük və şərabçılıq haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikasında dövlət dili haqqında", "Reklam haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Gənclər siyasəti haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "İpoteka haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" qanunlarda, Cinayət, Mülki Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar, Əmək məcəllələrində dəyişikliklərə baxılacaq.

İclasda "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında" qanun layihələrinə üçüncü oxunuşda, "Ümumi təhsil haqqında" qanun layihəsinə isə ikinci oxunuşda baxılacaq.

159
Teqlər:
müzakirə, məsələ, plenar iclas, Milli Məclis
Əlaqədar
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"
Milli Məclis toplaşıb, önəmli qərar gözlənilir
Milli Məclisdə qiymət artımına etiraz: Hər dəfə bir bəhanə gətirirlər
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı