Нет курению

Siqaret çəkənlərə ikiqat bəd xəbər

460
(Yenilənib 21:21 18.02.2019)
Axşam saatlarında siqaretlər bəzi ticarət obyektlərindən yoxa çıxıb

Nigar Məhərrəm, Təranə Xudabaxşiyeva

BAKI, 19 fevral — Sputnik. Fevarlın 18-i siqaret çəkənlər üçün "qara gün" olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, günün birinci yarısında siqaretlərin qiymətində markasından asılı olmayaraq artım olub. Satıcıların sözlərinə əsasən, öncəki günlərlə müqayisədə siqaretlərdə 30 qəpik bahalaşma var.

Yeni qiymətlərlə "Winchester" – 1.90 manat, "Rothmans" – 1.90 manat, "Viceroy" – 1.90 manat, "Pall Mall" – 1.90 manat, "West" – 1.80 manat olub.

Nisbətən bahalı hesab edilən siqaretlərin qiymətində eyni qədər artım olub.

Yeni qiymətlərlə "Kent" - 3.00 manat, "Winston" - 2.80 manat, "Sobranie" – 3.30 manat, "Davidoff" – 3.00 manat olub.

Lakin axşam saatlarında siqaretlər bəzi ticarət obyektlərindən yoxa çıxıb. Belə ki, belə hallara paytaxtın Nizami və Sabunçu rayonlarında rast gəlinib. Satıcılar bunu qiymət artımı ilə əlaqələndiriblər. Belə ki, topdan satış mərkəzləri sabahdan etibarən yeni qiymətlə dükanlara  siqaret verəcəklər. Bu gün isə onlar dükanlara siqaret verməyərək satışda olan siqaretlərin bitməsini gözləyiblər. Təbii ki, bu olayda topdan və pərakəndə satış məntəqələri təmsilçilərinin spekulyasiya cəhdlərini də görməmək mümkün deyil.

460