Hökumət Evi

Önəmli posta yeni təyinat oldu

4716
(Yenilənib 20:38 18.02.2019)
Bu vəzifəyə Elnur Heydərov gətirilib

BAKI, 18 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

KTN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov gətirilib.

Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.

4716