CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Üzü dönsün görüm o ağuya dönmüş çörəyin"

© Sputnik / Anar MustafayevƏliağa Vahidin heykəli
Əliağa Vahidin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli qəzəlxan və şair Əliağa Vahidin anadan olmasından 124 il ötür

BAKI, 18 fev — Sputnik. Azərbaycanlı şair, qəzəlxan Əliağa Vahid (İsgəndərov Əliağa Məmmədqulu oğlu) 1895-ci il fevralın 18-də Bakıda anadan olub.

Əliağa Vahid ilk təhsilini mollaxanada alıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, satirik şerlərində ictimai nöqsanları ifşa edib.

Bolşevik işğalından sonra Vahid yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", "Qəzəllər" kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. 

Füzuli ənənələrinin davamçısı olan Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. 

Vahid həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 

Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

Xəbər lenti
0