Sürücülük vəsiqəsi

Sürücülərimizin əsas sıxıntılarından biri aradan qalxır

12807
(Yenilənib 17:05 17.02.2019)
"Sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanması ilə problemlərin bir qismi həll edilmiş olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirə olunub.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
© Sputnik / Murad Orujov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin ("ə", "ğ", "ö", "ü", "ş") işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Layihə səsə qoyularaq qəbul olunub.

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, indiyədək bu isahədə müəyyən çatışmazlıqlar var idi: "Sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin işlənməsi, əsasən, Avropa ölkələrində olan sürücülərimiz üçün müəyyən problemlər yaradırdı. MDB ölkələrində isə bizim sürücülər üçün elə də ciddi problemlər olmayıb. Çünki sürücülük vəsiqələrimizi MDB ölkələrinin aidiyyəti strukturları, müəyyən mənada, tanıyırdı və qəbul edirdi".

"Amma sürücülərimiz üçün bir sıra Avropa dövlətlərində nəqliyyat vasitəsinin icarəyə götürülməsində, sığorta şəhadətnaməsinin alınmasında və digər məsələlərdə problemlər var idi. Sürücülər zaman-zaman bu problemlərlə üzləşmələri barədə fikirlərini bildirirdilər" - deyə ekspert qeyd edib.

Allahverənov deyib ki, indiyədək vaxt xaricdə olan sürücülərimizə sürücülük vəsiqələri ilə yanaşı digər sənədlərini də təqdim etmək tövsiyə edilirdi: "Məsələn, ümumvətəndaş pasportu və digər sənədləri təqdim etməyi tövsiyə edirdik ki, bu və ya digər şəxsin sənədinin indentifikasiyası baxımından çətinlik olmasın. Bu, çıxış yolu olsa da, müəyyən bürokratik əngəllər yaradan vəziyyət idi".

Onun sözlərinə görə, artıq xaricdə nəqliyyat vasitəsi idarə edən sürücülərimiz, ciddi ehtiyac görürlərsə, zərurət varsa, öz vəsiqələrini bütün məlumatların həm də ingilis dilində yazılmış sürücülük vəsiqələri ilə dəyişdirə bilərlər: "Bu, müsbət dəyişiklikdir. Düşünürəm ki, sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanması ilə sürücülərimizin xaricdə bu sahədə üzləşdikləri problemlərin bir qismi həll edilmiş olacaq".

12807
Teqlər:
Azər Allahverənov, ekspert, avtomobil, hərflər, ingilis, dil, vəsiqə, sürücü
Əlaqədar
"Adrenalin" sürücüyə baha başa gəldi
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutuldu
Paytaxt sürücülərinin yenilənən dərdi: Burda dayanmaq-durmaq qadağandır
Əhaliyə rəsmi müraciət: Siqaret çəkən sürücü görəndə xəbər verin, mükafat alın
Qadın sürücü, arxiv şəkli

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

2
Bakı şəhər sakini A. Qəhrəmanova idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən paytaxt sakini S. Hüseynovu vurub.

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənS putnik Azərbaycan-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A. Qəhrəmanova idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən paytaxt sakini S. Hüseynovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

2
AMEA-nın binası, arxiv şəkli

AMEA-da yenilik edilib, Rəyasət Heyəti...

1
(Yenilənib 14:28 23.01.2021)
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

 

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı "AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında" qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.

Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.

AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

1