Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycanlılarla çeçenlər arasında toqquşma ilə bağlı bəyanat verildi

186
(Yenilənib 16:58 16.02.2019)
“Baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır”

BAKI, 16 fevral — Sputnik. Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş təxribatla bağlı bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” - bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

186
Əlaqədar
"Azərbaycan və çeçen xalqları arasındakı qardaşlıq əlaqələrinə xələl gələ bilməz"