Siyavuş Novruzov

Siyavuş Novruzov: “Hər birimiz əsgər kimi olmalıyıq”

58
(Yenilənib 16:53 12.02.2019)
“Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq”

BAKI, 12 fevral - Sputnik. “Dövlət başçısı tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Bu addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir. Bu da ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin yaradılması və digərlərinə xidmət edir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov bildirib ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması üçün mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə də gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq”.

58