Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident iki nəfərə general rütbəsi verdi

256
(Yenilənib 18:15 11.02.2019)
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər

BAKI, 11 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

Əliyev Vüsal Akif oğlu – mayor

Həsənov Nicat Zəfər oğlu – mayor

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.

256