CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqşünas qəzalarla bağlı ciddi problemə toxundu

Abunə olmaq
Rəsmi statistikaya əsasən, ötən il baş verən hadisələrin 59 %-i (1817 hadisədən 1073-ü) sutkanın qaranlıq və toranlıq vaxtında baş verib

BAKI, 9 fevral — Sputnik. "Ötən ilin cinayət xarakterli yol-nəqliyyat hadisələrinin statistikasında maraqlı məqamlar var. Məsələn, onlardan biri illərdir vurğuladığımız bir ciddi problemi aşkar sürətdə təsdiqləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Hüquqşünas qəzalarla bağlı ciddi problemə toxundu - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

O, qeyd edib ki, rəsmi statistikaya əsasən, ötən il baş verən hadisələrin 59 %-i (1817 hadisədən 1073-ü) sutkanın qaranlıq və toranlıq vaxtında baş verib. Amma dəqiq statistika olmasa da, yayı və qışı ortalama götürərək əminliklə demək olar ki, hərəkət iştirakçılarının (əsasən piyadaların və avtomobillərin) yollarda olması vaxtının böyük hissəsi gündüz saatlarına düşür.

"Deməli, bunun əsas səbəbi yollarımızda, küçə və prospektlərimizdə süni işıqlandırmanın olmamasıdır" – deyə o əlavə edib.

Hüseynov həmçinin bildirib ki, yollarda sərxoş sürücülər tərəfindən törədilən belə hadisələrin təxminən 36,7 %-ni yük avtomobillərinin və avtobusların sürücləri törədiblər. Maraqlısı odur ki, belə nəqliyyat vasitələrini real idarə edən sürücülər bütün sürücülərin təxminən 14%-ni təşkil edir. Yəni proporsiya 2,5 dəfəyə yaxın pozulub: "Peşəkar sayılmalı olan, daha ciddi məsuliyyət və nəzarət altında olmalı sürücülərin arasında sərxoşların belə çoxluğu narahatedicidir".

Xəbər lenti
0