Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Minimum əmək haqqı artırıldı

2954
(Yenilənib 17:52 08.02.2019)
Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib

BAKI, 8 fevral — Sputnik. Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

2954