Heydər Əliyev Fondunun binası

Heydər Əliyev Fondundan məşhur meyxana ustasına yardım

122
(Yenilənib 17:02 08.02.2019)
Ağakərimin müalicəsi məsələsi öz həllini tapdı

BAKI, 8 fevral — Sputnik. Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” verlişində canlı efirə qoşulan sənətçinin oğlu Kamil ailəsinin maddi vəziyyətinin aşağı olması səbəbi ilə meyxana ustadının müalicəsinin yarımçıq qaldığını dilə gətirib.

Meyxana ustası Ağakərim (Kərim Novruzov)
Meyxana ustası Ağakərim (Kərim Novruzov)
 Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.

122