CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Plastik tullantılar barədə plan təsdiq edildi

© AFP 2023 / LOIC VENANCE "Kerval" çeşidləmə mərkəzində çeşidlənmiş plastik tullantılar. Plufraqan bələdiyyəsi, Fransa. 21 avqust 2018-ci il
Kerval çeşidləmə mərkəzində çeşidlənmiş plastik tullantılar. Plufraqan bələdiyyəsi, Fransa. 21 avqust 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentdən ətraf mühitin mühafizəsi ilə bağlı vacib göstəriş

BAKI, 7 fevral — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Xəbər lenti
0