Ramil Osmanlı

Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb

155
(Yenilənib 14:04 07.02.2019)
Ekspert: "Hazırda əhalinin gəlirləri avtomobil bazarındakı qiymətlərə adekvat deyil"

BAKI, 7 fevral — Sputnik. "Son illər avtomobil bazarında müşahidə olunan qiymət dəyişmələrinin bir sıra vacib səbəbləri var". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı deyib.

O bildirib ki, idxalı məhdudlaşdıran qərarların qəbulu, o cümlədən maliyyə bazarlarında baş verən dəyişikliklər avtomobil bazarındakı vəziyyətə ciddi təsir göstərib: "Bu səbəblərin nəticəsi olaraq qiymət artımı müşahidə olunur. Burada inhisarçılıq da təsirini göstərir".

"Hazırda əhalinin gəlirləri avtomobil bazarındakı qiymətlərə adekvat deyil. Onu da qeyd edim ki, bizim ölkəmiz avtomobil sayına görə bir çox ölkələrdən geri qalır. Düşünürəm ki, bu vəziyyət 10-15 il sonra dəyişəcək və avtomobilsiz insan qalmayacaq" - Osmanlı vurğulayıb.

"Həmçinin son illər ölkəyə avtomobil idxalı da azalır. Məsələn, əvvəlki dövrlərdə əgər il ərzində 100 min avtomobil idxal olunmuşdusa, 2018-ci ildə bu say 30 minə düşüb. Bu da öz növbəsində avtomobil parkının yenilənməsinin qarşısını alır. Ölkə ərazisində olan avtomobillərin 40 faizdən çoxu keçmiş Sovet istehsalıdır" - deyə o, əlavə edib.

155
Teqlər:
Ramil Osmanlı, qiymət, bazar, avtomobil
Əlaqədar
Dövlət Komitəsi avtomobil qalmaqalına aydınlıq gətirdi
Milyon dollar dəyərində olan nadir avtomobillər satılır - FOTOLAR
Babək prospektində “Mersedes” markalı avtomobil xəndəyə düşüb

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

58
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

58
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

20
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

20