Elçin Abbasov

Milyonlarla al qızılgül: İnsanların gözünü oxşayan gözsüz adam

10985
(Yenilənib 20:45 05.02.2019)
"28 May" metrostansiyasının yaxınlığında ilin istənilən vaxtında ilk baxışdan heç nə ilə fərqlənməyən, lakin əlində toxunmuş qızılgül dəstəsi tutaraq başını aşağı əyən adamı görmək olar. O, heç kəsdən nəzir istəmir, saplardan qızılgül toxuyaraq satır...

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. İnanmaq çətindir ki, bu gözəlliyi görmə qabiliyyəti olmayan insan yaradıb. Nazik iplərdən zərif bir şəkildə toxunmuş qızılgüllərdən ibarət kiçik buket. Belə dekorativ sənət əsərlərini hər sağlam adam yaratmağa qadir deyil.

Elçin Abbasov
© Sputnik / Taleh Mahmudov.
Elçin Abbasov

O, yaşamaq üçün çörəyini belə qazanır

Otuz altı yaşlı Elçin Abbasov hələ altı yaşı olanda görmə qabiliyyətini itirib. Gözdaxili təzyiqi onda dözülməz baş ağrısına səbəb olurmuş. Həkimlər onun hər iki gözünü çıxarmağa qərar veriblər...

Bundan sonrakı həyatına necə sarılacağını düşünən Elçin öz bacılarının sevimli əyləncələrini öyrənməyə qərar verir. Bacıları ona toxumağı öyrədirlər. Əvvəlcə uşaqlar üçün balaca papuclar, daha sonra uşaq və böyüklər üçün corablar toxuyur. 2007-ci ildən isə gül toxumağa və onları satmağa başlayır. O, heç vaxt dilənmir və ona uzadılan nəzirləri qəbul eləmir. Hesab edir ki, kişi öz çörəyini halal zəhmətlə qazanmalıdır. Bu da nümunə götürüləcək örnəkdir, doğru deyil?

Elçini tez-tez Qubernator bağındakı, Fontanlar Meydanındakı skamyalarda, metro stansiyalarının yanında görmək olar. O, bu yerlərdə saatlarla dayanaraq çörəkpulu və ən əsası öz ünvanına deyilən gözəl sözləri qazanır. Amma bəzən evə pis əhval-ruhiyyədə döndüyü vaxtlar da olur. Elçinin dediyinə görə, bəzi günlərdə heç nə sata bilmir, bəzənsə günə 10 manat qazanır.

Mən ona əvvəldən zəng edərək bir dəstə qızılgül sifariş etmişdim və onu metro stansiyasının yanında götürəcəyimi vəd etmişdim. Elə vədləşdiyimiz yerdə də görüşüb söhbətləşdik.

Köhnə millərlə çörək qazanır

Elçin görmə əngəlli olandan sonra təslim olmayıb və yalnız "28 May" metrostansiyası yaxınlığındakı mağazadan ip alarkən rəng seçimi üçün başqalarından yardım istəyir. Zirzəmidə yerləşən bu mağazada artıq Elçini tanıyırlar və ora düşüb-çıxmaqda ona kömək edirlər.

Lakin Elçin o qədər də optimist deyil. Çünki sifarişləri azdır. Adamlar tez-tez yaxınlaşıb satdığı malla maraqlansa da, bir qədər dayandıqdan sonra almayıb uzaqlaşır, öz işlərinin dalınca gedirlər.

Elçin Abbasov
© Sputnik / Taleh Mahmudov.
Elçin Abbasov

"Bilirsiz, mən dəfələrlə ünvanıma deyilən fırıldaqçı ifadəsini eşitmişəm. Adamlar deyirlər ki, mən fırıldaqçıyam, pul yığmaq üçün bu yola əl atıram. Bu səbəbdən də eynəksiz gəzirəm. Qoy adamlar görsünlər ki, yalandan özümü korluğa vurmuram, həqiqətən də gözlərim yoxdur. Adamlarda günah yoxdur, həyat belədir. İndi inanılacaq adamlar çox azdır" - deyir Elçin. Elçinin gözləri haqqında danışdığını eşitmək adama çox ağır gəlir. Onun vəziyyətini təsvir etmək üçünsə sözlər acizdir.

Onun dediklərini dinlədikcə, başa düşürsən ki, sadə həyat tərzi sürür. Əlillik müavinəti və toxuduğu güllərdən, corablardan gələn vəsaitlər yalnız onun mənzil kirayə haqqına və dərman almağa çatır. Lakin o, bu pulları öz zəhməti ilə qazanır. Əgər kimsə heç nə almadan ona pul verərsə, Elçin əvəzində mütləq ona daim üzərində gəzdirdiyi 1 manatlıq tester ətirini verir. Əlbəttə, əlavə verilmiş 20 qəpik ona artıqlıq eləmir. Lakin o, elə-belə heç kəsdən pul götürmür, çünki uşaqlıqdan belə tərbiyə edilib.

Elçin Abbasov
© Sputnik / Taleh Mahmudov.
Elçin Abbasov

Biz Elçinlə görüşüb söhbət edərkən və o, bizə hər bir əl işini maraqla göstərərək onlarla bağlı danışarkən, tez-tez ətrafdakıların diqqəti cəlb edirdik. Onun köhnə millərlə toxuduğu çiçəklərə yaxından baxmaq üçün qadınlar bizə yaxınlaşırdılar. Son zamanlar ona böyük həcmdə sifarişlərin olub-olmadığını soruşanda, Elçin uzun müddət düşünmədən dərhal cavab verir - "bu, nadir hallarda olur".

Lakin bu yaxınlarda, 20 yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı adının gizli qalmasını istəyən bir kişi ona 90 ədəd qızılgül sifariş edib. Bildirib ki, bu güllər şəhid məzarlarının üstünə qoyulacaq.

"Evdə olanları topladım, qalanlarını da bir neçə gecəyə toxudum. Dünyada hələ də xeyirxah insanlar var" - deyə Elçin təbəssümlə bildirir.

Elçin Abbasov
© Sputnik / Taleh Mahmudov.
Elçin Abbasov

Görmə qabiliyyətini itirəndə insanın həyatı necə dəyişir

Bəli, bəzən elə olur ki, tibb kömək etməkdə aciz qalır. Bəzən insanlar görmə qabiliyyətlərini itirirlər. Bu zaman bir anın içində ətraf aləmdən təcrid olunmuş və tamamilə tənha qalırlar. Hətta güzgüdə belə özlərini görə bilmirlər. Buna uyğun olaraq, qulaq daha da həssaslaşır - indiyədək gündəlik həyatda heç vaxt diqqətinizi çəkməmiş səsləri belə eşitməyə başlayırsız. Elçinin dediyi kimi, indi əsas çatışmayan şey ünsiyyətdir.

"Adi insani ünsiyyətə çox ehtiyacım olur. Mən hələ də inanıram ki, nə vaxtsa öz yarımla qarşılaşacağam" - deyə Elçin üzrxahlıq edərək bildirir.

Bütün bunlara baxmayaraq, Elçin Abbasov özünün gündəlik həyatını yaşayır və öz timsalında insanları yaşamağa ruhlandırır. Və hər gün metronun yaxınlığında əlində bir dəstə qızılgüllə peyda olaraq sübut edir ki, insana sevdiyi işlə məşğul olmağa və yaratmağa heç nə mane ola bilməz.

10985
Peyvənd, arxiv şəkli

Rusiya əhalisi 1 il ərzində peyvəndlənəcək

1
Monoklonal antikorlar istehsalını davam etdirən üç müəssisə köməyimizlə texnologiyamızı şəbəkələrinə yerləşdirdilər.

BAKI, 15 avqust — Sputnik. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq bildirib ki, rusiyalıların ehtiyacı olan peyvənd dozası 9-12 ay ərzində başa gələ bilər.

"Əsas bizim ölkənin tələbatını təmin etməkdir. Mən əminəm ki, bu 9-12 aya başa gələr" - deyən Ginsburq vurğulayıb ki, ilk preparatları ölkənin 10-15 regionu alacaq. O, həmin regionların adını açıqlamayıb.

Rusiya peyvəndinin istehsal texnologiyası monoklonal antikorların istehsalına bənzərdir.

"Monoklonal antikorlar istehsalını davam etdirən üç müəssisə köməyimizlə texnologiyamızı şəbəkələrinə yerləşdirdilər" - deyən tədqiqat mərkəzinin rəhbəri bildirib ki, yaxın ay yarımda hər bir müəssisə hər ay milyon doza pevənd istehsal edəcək.

Bir müddət əvvəl RF Səhiyyə Naziri Mixail Muraşko bildirmişdi ki koronavirusdan peyvəndi ilk olaraq, müəllimlər və həkimlər alacaq.

1
 Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib

Xaricdə olsa milyonlar qazanardı - Bizdə isə hələlik insanların xeyir-şərini yola verir

48
(Yenilənib 15:28 15.08.2020)
Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq. 

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Goranboy rayon Yəhərçi Qazaxlar kənd sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib. O, kvadrasiklə yaxın olan bu texnikanı bir il müddətində ərsəyə gətirib. M.Xəlilovun hazırladığı kvadrasikl avtomobillərin keçə bilmədiyi yerlərdə asanlıqla hərəkət etmə qabliyyətinə malikdir.

Sputnik Azərbaycan-la söhbətində Goranboy sakini uşaqlıqdan texnikaya marağının böyük olduğunu və həmişə işlərini yüngülləşdirmək üçün xüsusi texnikalar hazırlamağa maraqlı olduğunu danşıb:

© Sputnik / Ilham Mustafa
Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib

"Filmlərdə çox görürdüm hər şəraitdə hərəkət edə bilən texnikaları. Qərara aldım ki, öz əlimlə birini yığacam. Bütün işlərini özüm gördüm və belə texnika ərsəyə gəldi" - deyərək məlumat verib.

M.Xəlilov kvadrasiklin hazırlanması üçün mütəmadi olaraq internetdən də istifadə edib. Onun hazrlanmasında əsasən "Jiquli" və motosikl ehtiyat hissələrindən yararlanıb. Digər hisslərini isə dəmir vasitəsilə qaynaq edərək hazırladığını deyib:

  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika

"Əsasən "Jiquli" avtomobilinin ehtiyat hissələridir. Dəyişikliklər edərək quraşdırmışam. Bir də müxtəlif model motosikllərin detallarından istifadə etmişəm. 1200 manata başa gəlib. Heç bir maşın çıxa bilmədiyi yerlərdə hərəkət edir" - deyə Xəlilov bildirib.

Xəlilov kvadrasiklə marağın böyük olduğunu, getdiyi yerlərdə onunla şəkil çəkdirmək istəyən, saxlayıb sual verib maraqlananların çox olduğunu bildirib. Bu texnikanı almaq istəyənlərin də olduğunu deyən Goranboy sakini 2 min manat təklif edildiyini də söyləyib. Lakin daha təkmil bir kvadrasikl hazırladıqdan sonra satacağını bildirib.

Usta kvadrasikldən xeyriyyə məqsədilə də istifadə edir. O yaşadığı kəndin xeyir-şər işlərində kvadrasiklin arxasına qoşqu ilə bağladığı çən ilə su daşıyır. Bunun müqabilində isə heç bir ödəniş qəbul etmir. Çünki işi xeyriyyə məqsədilə edir.

Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq. 

48