Körpə

Bərdədə tapılan uşaqlar körpələr evinə veriləcək

77
(Yenilənib 11:53 05.02.2019)
Hazırda körpələrin səhhətləri normaldır, heç bir problemləri yoxdur

BAKI, 5 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, iki gün öncə Bərdə rayonunda, birinin 8 aylıq, digərinin isə yaş yarımlıq olduğu söylənilən bacı-qardaş anaları tərəfindən tərk edilib. Küçədə, kimsəsiz vəziyyətdə tapılan körpələr dərhal Bərdə Rayon Uşaq Xəstəxanasına yerləşdirilib.

Artıq iki gündür ki, orada qalan uşaqların vəziyyəti yaxşıdır. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Körpələr küçədə tapıldıqları üçün onlar bir müddət xəstəxanada müayinə olunmalı idilər. Bu səbəbdən də onlar xəstəxanada saxlanılıblar" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, hazırda körpələrin səhhətləri normaldır, heç bir problemləri yoxdur: "Onların körpələr evinə verləşdirilməsi üçün sənədlər hazırlanır. Sənədlər hazırlandıqdan sonra bacı-qardaş Gəncədə yerləşən körpələr evinə veriləcək".

77
Teqlər:
ana, uşaq, körpə
Əlaqədar
Valideynləri 3 həftəlik körpəni diri-diri basdırdı
Bərdədə ana körpə uşaqlarını küçəyə atdı
Valideynləri tərəfindən atılan körpələrdən xəbər var