Tikilən bina, arxiv şəkli

Azərbaycanda mənzil bazarında gözlənilir - Proqnoz

1014
(Yenilənib 10:02 03.02.2019)
Dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur

BAKI, 3 fevracl - Sputnik. Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu "Koneko Group" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında, arxiv şəkli
© Official web-site of President of Azerbaijan Republic

O bildirib ki, dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur:

"Buna əsaslanaraq, bu il təklifin artması və daşınmaz əmlak bazarında qiymətin azalması gözlənilir".

V.Orucun sözlərinə görə, hazırda ölkənin daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı azdır, amma bununla belə, canlanma da müşahidə olunur:

"Satıcılar daşınmaz əmlakı qısa müddət ərzində sata bilmir. Müəyyən müddətdən sonra daşınmaz əmlakın qiymətinin düşdüyünü müşahidə edirik. Bu, onunla bağlıdır ki, satıcılar qısa müddət ərzində daşınmaz əmlakı sata bilmir və ilkin qiyməti azaltmağa məcbur olur".

O, həmçinin əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin kəskin artımı gözlənilmir.

1014