Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva

"Bugünkü gənclərimiz daha müstəqil optimistdirlər"

140
(Yenilənib 13:23 31.01.2019)
Yeganə Hacıyeva: "Hazırda Azərbaycan gəncləri on il əvvəldən fərqli olaraq öz inkişaf yollarını müəyyən edə bilirlər"

BAKI, 31 yanvar — Sputnik. On il ərzində Azərbaycan gəncliyi uğurlu inkişaf yolu keçib. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib. 

O bildirib ki, hazırda Azərbaycan gəncləri on il əvvəldən fərqli olaraq öz inkişaf yollarını müəyyən edə bilirlər və buna müstəqil qərar verirlər: "Bunun bir çox səbəbləri var. Ölkədə aparılan gənclər siyasətinin bu inkişafa təsirləri olduğu kimi, öz növbəsində liberal şərtlər gənclərin inkişafına şərait yaradır".

"Bugünkü gənclərimiz daha müstəqil və optimistdirlər. Doğrudur, hazırda sosial medianın yüksək inkişaf etdiyi dövrdə gəncləri pessimist əhvala istiqamətləndirən mənbələr də var" - deyə Hacıyeva vurğulayıb.

140
Teqlər:
Yeganə Hacıyeva, inkişaf, müstəqil, gənc
Əlaqədar
Gənclərə şad xəbər
Gənc ifaçılar qalmaqalla özlərinə necə “piar” qazanırlar?
Azərbaycanın gənclər mühiti: onları ən çox nə narahat edir
QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər təşkilatları üçün qrant layihələri elan edəcək
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

3
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

3
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat
Bülənt Ərsoy, arxiv şəkli

Bülent Ersoyun "yaxşılığını" başına çırpdılar

12
(Yenilənib 20:24 30.11.2020)
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib

BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.

Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.

Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.

Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".

12
Teqlər:
dəri, kürk, Bülənt Ərsoy