Gənclər Təşkilatları Milli Şurasının tədbiri

QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər təşkilatları üçün qrant layihələri elan edəcək

72
(Yenilənib 12:29 31.01.2019)
Gələn il bir neçə proqram üzrə layihə və kompaniyalar reallaşdırılacaq

BAKI, 31 yanvar — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının media ilə görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Hüseyn Məmmədov qurumun 2019-ci il üzrə fəaliyyət planını təqdim edib.

O bildirib ki, gələn il bir neçə proqram üzrə layihə və kompaniyalar reallaşdırılacaq: "Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər təşkilatları üçün qrant layihələri elan edəcək".

"Çalışırıq ki, həyata keçirilən layihələrdə bütün gəncliyi əhatə edək. "Azərbaycan gəncliyinin yüz siması" layihəsinə start verilir. Ümid edirik ki, bu kampaniyalarla gəncliyə faydalı olacağıq" - deyə H.Məmmədov vurğulayıb.

72
Teqlər:
Şura, təşkilat, gənc
Əlaqədar
Gənclərə şad xəbər
Gənc ifaçılar qalmaqalla özlərinə necə “piar” qazanırlar?
Azərbaycanın gənclər mühiti: onları ən çox nə narahat edir