İsti kofe işən qız

Sadəcə “boğazım ağrıyır” deyib keçməyin

384
(Yenilənib 21:33 28.01.2019)
Mütəxəssislər məsləhət görür ki, davamlı müşahidə edilən boğaz ağrısına görə həkimə müraciət etmək lazımdır

BAKI, 29 yanvar — Sputnik. Boğaz ağrısı bəzən də pis xəstəliyin əlaməti ola bilər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, əksər hallarda boğaz ağrısı adi bir xəstəliyin əlaməti kimi qəbul edilsə də, bəzən daha pis xəstəlikdən də xəbər verə bilər. Çox zaman boğaz ağrısına səbəb olan mikroblar badamcıqlarda yuva salır. Lakin bəzi hallarda bu mikroblar olmadan da boğazda ağrıların olması müşahidə edilir. Belə hallarda yaranan ağrılar xərçəng xəstəliyinin də əlaməti ola bilir.

Bu səbəbdən mütəxəssislər məsləhət görür ki, davamlı müşahidə edilən boğaz ağrısına görə həkimə müraciət etmək lazımdır.

384