CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Başımızı yerə soxdular...” – Bələdiyyə sədri Rəsulzadənin barelyefindən danışdı

© REPORTMəhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində oğurlanan barelyefi
Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində oğurlanan barelyefi - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Tağıyev "Bundan sonra barelyefi dəyişməyəcəyik"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məhəmmədəmin Rəsulzadənin Novxanı qəsəbəsində yaşadığı evin qarşısında olan barelyefi yoxa çıxmışdı. 

Модель iPhone 7 Supremo Putin Damascus Gold от бренда Caviar - Sputnik Azərbaycan
RUSİYA
Üzərində Putinin qızıl barelyefi olan iPhone 7 istehsal edilib
Sosial şəbəkələr və KİV-də yayılan məlumatlardan sonra Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev KİV-ə açıqlamasında barelyefin onlar tərəfindən götürüldüyünü və təmir edilərək, yenidən yerinə qaytarılacağı barədə məlumat vermişdi.

Ancaq hadisəsən bir neçə gün sonra barelyefin oğurlandığı məlum oldu, oğurluq edən Novxanı sakini Emin Məmmədov və qardaşı həbs edildi. Barelyef isə parçalanmış şəkildə tapıldı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Sonradan Novxanı bələdiyyəsi yeni barelyef sifariş etdirərək, oğurlanmış lövhənin yerinə asdı. Amma bu dəfə də barelyef üzərində M. Ə. Rəsulzadənin titulları yazılan zaman Azərbaycan Demokratik Cümhuriyyəti əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti kimi səhv getmişdi. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və narazılıqlara səbəb oldu.

Bələdiyyə rəhbərliyi səhvi düzəltmək üçün barelyefi yenidən sifariş etdirib asdırdı. Bu dəfə isə lövhədə dahi şəxsiyyətin titulları qeyd edilməmişdi. Bu da insanlar tərəfindən Məhəmməd Əmin Rəsulzadəyə növbəti hörmətsizlik kimi dəyərləndirildi.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevə müraciət edərək, məsələnin əslində necə baş verdiyi barədə məlumatı alıb.

Tağıyevin sözlərinə görə, barelyef oğurlandığı zaman o özü bilərəkdən məsələnin cəmiyyətə açıq şəkildə verilməsini istəməyib: "Mən Məhəmmədəmin Rəsulzadəyə hörmətsizlik olmasın deyə məsələni gizlətmək istədim. Biz kəndimiz adından utanırdıq. Belə bir insanın barelyefinin hansısa narkoman tərəfindən 200-300 manata görə oğurlanması, satılması bizim üçün utandırıcı idi. Buna görə mən barelyefin oğurlanmasının açıqlanmasını istəmirdim. Bunun bilinməməmsi üçün yenisini sifariş etdim ki, aparılıb asılsın və məsələ böyüməsin. Buna görə demişdim ki, özüm götürtdürmüşəm, bərpa etdirib yenidən asacağıq. Həqiqətən də, köhnə barelyef pis vəziyyətdə idi".

Sarı pir qəbiristanlığı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan tarixinin yeni qibləgahı — Qıpcaqtəpə abidəsi

Şahin Tağıyev deyir ki, barelyef ikinci dəfə hazırlandığı zaman ilkin varianta baxılaraq hazırlanıb. Sadəcə, barelyefin üzərində işlənilən zaman "Demokratik" sözü səhvən "Dövlət" sözü ilə əvəz edilib. Barelyef asıldığı zaman isə buna diqqət edən olmayıb.

Qeyd edək ki, əvvəlki barelyefin materialı misdən olduğu üçün oğruların diqqətini çəkib. Yeni barelyef isə mərmərdən hazırlanıb.

Şahin Tağıyevin daha öncə verdiyi məlumata görə, bu barelyef ona 1800 manata başa gəlib.

"Mən bu məbləği hamıdan gizlətmişdim. İkinci barelyefin də üzərində qalmaqal oldu. Mən "Demokratik Cümhuriyyəti" yazılmasını demişdim, barelyefdə isə "Dövlət Cümhuriyyəti" yazmışdlar. Bundan sonra bütün saytlardan zənglər gəlməyə başladı. Biri dedi, "Xalq Cümhuriyyəti" olmalıdır, digəri dedi "Demokratik Cümhuriyyəti" olmalıdır. Biri dedi "Milli Şuranın sədri idi", digəri dedi "Milli Şura" yazmaq olmaz. Mən də düşündüm ki, yeni barelyefə nə yazdırsam, bu insanların narazılığına səbəb olacaq. Çünki hərə bir söz deyirdi. Həm də düşündüm ki, Məhəmməd Əmin Rəsulzadəni Azərbaycanda və türk dünyasında onsuz da tanımayan yoxdur. Bu səbəbdən barelyefə "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur" sözlərini yazdırdım. Bu dəfə də dedilər ki, titullarını niyə yazmamısınız. Məhəmmədəmin Rəsulzadəni tanıyan, ona hörmət edən hər kəs bilir ki, onun titulları böyükdür. Ancaq həmin dövrdə gələn zənglər, verilən göstərişlər o qədər oldu ki, bilmədim necə yazdırım ki, hamının xoşuna gəlsin. Ona görə də qısa və konkret yazdırdım".

© azpressM.Ə.Rəsulzadənin evinə vurulmuş barelyeflər
“Başımızı yerə soxdular...” – Bələdiyyə sədri Rəsulzadənin barelyefindən danışdı - Sputnik Azərbaycan
M.Ə.Rəsulzadənin evinə vurulmuş barelyeflər

Ş.Tağıyev qeyd edib ki, ikinci barelyefdə sözlər oymalarla qızıl suyu ilə yazılıb. Səhv olduğu üçün barelyef üzərində yazılar silinərək yenidən yazılıb: "Bundan sonra barelyefi dəyişməyəcəyik".

Bələdiyyə sədri həmçinin qeyd edib ki, lövhəni oğurlayanlar hazırda həbsdədir: "İkisi də Novxanı sakinləridir. Biri həbsdədir. Hələ ki, istintaq gedir. Başları batsın onların, başımızı yerə soxdular...”

Xatırladaq ki, oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xəbər lenti
0