CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident cəmiyyətin həssaslıqla gözlədiyi qərarı verdi

Abunə olmaq
İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman verib

BAKI, 28 yanvar — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 678) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və 2-ci hissəyə "hərbi qulluqçuların" sözlərindən sonra "və daxili işlər orqanları əməkdaşlarının" sözləri əlavə edilsin;

1.2. preambulanın dördüncü abzasına "hərbi qulluqçuların" sözlərindən sonra ", eləcə də daxili işlər orqanları əməkdaşlarının" sözləri əlavə edilsin;

1.3. 1-ci hissəyə "vərəsələrinə" sözündən əvvəl "və daxili işlər orqanları əməkdaşlarının" sözləri, "ödəmə" sözündən sonra "(bundan sonra – birdəfəlik ödəmə)" sözləri əlavə edilsin;

1.4. 2-ci hissədə, 6.2-ci və 6.6-cı bəndlərdə "hissəsində" sözü "və 5-1-ci hissələrində" sözləri ilə, "ümumi siyahıdakı" sözləri "siyahılardakı" sözü ilə əvəz edilsin;

1.5. 3.1-ci, 3.2-ci, 6.2-ci və 6.6-cı bəndlərə "hərbi qulluqçunun" sözlərindən sonra "və ya daxili işlər orqanları əməkdaşının" sözləri əlavə edilsin;

1.6. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.";

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
Nazir Sahil Babayev şəhid ailələrinə və əlillərə verilən mənzillərdən danışır

1.7. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

"5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər".

Xəbər lenti
0