Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva

Birinci vitse-prezidentin qəti göstərişi icra olunur

9268
(Yenilənib 18:25 18.01.2019)
“Azərenerji”: Birinci vitse-prezidentin göstərişi icraata götürülüb

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
© Official web-site of President of Azerbaijan Republic

Bu barədə Sputnik Azərbaycan-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib. 

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə dünən “Azərenerji” ASC-yə göstəriş verib.

9268