Ani bir səhv atı zədələyə bilər: Nalbəndlik sənətinin incəlikləri

Azərbaycanda atlar məhv olur, səbəbi quş nəcisidir

132
(Yenilənib 20:05 25.01.2019)
İstər cins atlar, istərsə də yorğa atlar bu xəstəlikdən məhv olur

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. “Azərbaycanda qısa müddət ərzində 5 at eyni xəstəlikdən ölüb. Həkimlər isə atları müalicə edə bilmirlər”. Bu barədə Sputnik Azərbaycan-a Qarabağ atlarını yetişdirən Yaşar Quluzadə məlumat verib.

Onun sözlərinə görə, son bir ayda 5 at eyni xəstəlikdən ölüb: “Həkimlər iddia edir ki, Azərbaycandan keçən köçəri quşların nəcisləri dəyən otlardan yeyən atların halı qəfil pisləşir. Heç bir iynə və dərman kömək etmir. İstər cins atlar, istərsə də yorğa atlar bu xəstəlikdən məhv olur”.

“Həkimlər ilə söhbətim zamanı məlum oldu ki, bu virus quşlardan keçir və ona qarşı peyvənd var. Təəssüflər olsun ki, Azərbaycana gətirilmədiyindən atları başqa müalicə ilə xilas etmək mümkün olmur”, - deyə Yaşar Quluzadə əlavə edib.

O, digər at sahiblərinə də diqqətli olmağı məsləhət görüb: “Bu günlər at sahibləri diqqətli olmalıdırlar. Onlar atların qidasına fikir verməlidilər, quşların keçdiyi ərazilərdə atların otlamasına imkan verməməlidilər ki, bu cür xoşagəlməz hadisə ilə rastlaşmasınlar”.

132