Stadler qatarı

Bakı-Sumqayıt qatarında qiymətlər qalxır - CƏDVƏL

268
(Yenilənib 17:42 25.01.2019)
Ekonom sinfə adi vaqonlarda gediş haqqı 0,6-1 manatdan 0,6-1,1 manata, biznes sinfə aid vaqonlarda gediş haqqı isə 1,2-1,6 manatdan 1,6-2,1 manata dəyişir

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 28-dən estibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

Bakı – Sumqayıt dairəvi dəmir yolunun təmirinə başlanılıb
© Photo : ADY mətbuat xidməti

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmiryolları" QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək. Beləliklə, ekonom sinifə adi vaqonlarda gediş haqqı 0,6-1 manatdan 0,6-1,1 manata, biznes sinifə aid vaqonlarda gediş haqqı isə 1,2-1,6 manadan 1,6-2,1 manata dəyişir.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı cədvəli
© Azerbaijan Railways CJSC.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı cədvəli
268
Bakı bulvarına mənzərə, arxiv şəkli

Sabah Bakıda hava dəyişkən buludlu küləkli olacaq

2
(Yenilənib 14:25 15.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

BAKI, 15 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

2
Həkim, arxiv şəkli

Uzun müddət COVID-19-dan müalicə alan həkimdən şad xəbər var

2
(Yenilənib 14:19 15.08.2020)
Yaqut Qarayeva bildirib ki, aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb.

BAKI, 15 avqust — Sputnik. "Həkim renaimatoloq Cavid Paşayev ATU-da COVID-19 xəstələrinin mülaicəsi ilə məşğul idi. o uzun müddət COVID-19-dan müalicə alırdı".

Anestezioloq Cavid Paşayev

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB rəsmisi Yaqut Qarayeva bugünkü brifinqdə məlumat verib. O bildirib ki, artıq aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb: Bu xəbər bizim üçün çox sevindiricidir".

2
Aşura günü qanvermə aksiyası, arxiv şəkli

Qarşıdan Aşura Günü gəlir, qanvermə aksiyası harda olacaq?

0
Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

BAKI, 15 avqust — Sputnik. "Pandemiya ilə əlaqədar məscidlər işləməyəcək. Bu il Mərkəzi Qan Bankına yaxınlaşaraq və qaydalara riayət edərək vətəndaşlarımız qanvermə aksiyasında iştirak edə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini, klinik mikrobioloq, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova deyib.

O qeyd edib ki, bu il Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

 

 

0