Milli Məclis

Milli Məclisdə ictimai dinləmələr keçiriləcək

62
(Yenilənib 12:55 25.01.2019)
Dövlət başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirləri təşkil ediləcək

BAKI, 25 yanvar - Sputnik. Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ülvi Quliyev 2018-ci ilin payız sessiyası dövründə komitənin gördüyü işlərdən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, o, payız sessiyasında komitənin 3 iclasının keçirildiyini, 5 məsələnin müzakirə edildiyini deyib.

"Payız sessiyasında komitəyə 47 məktub daxil olub. Onlardan 40-ı vətəndaş müraciəti, 7-si isə müxtəlif qurumlardan daxil olub. 47 müraciətin 41-i ərizə, 6-sı şikayət olub. 47 müraciətə komitə tərəfindən 42-si nəzarətə alınmaqla, 5-i nəzarətə alınmadan baxılıb" - deyə Quliyev bildirib.

Qeyd edib ki, müraciətlər mənzil, əmək mübahisələri, işsizlik məsələləri, elm, mədəniyyət, təhsil və idman məsələləri və s. mövzular ilə bağlı olub: "Ötən sessiyada komitədə 50 vətəndaş qəbul edilib".

Ülvi Quliyev komitənin 2019-cu il üçün iş planından da danışıb: ""Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılacaq. 2 fevral Gənclər Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək. Dövlət başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirləri təşkil ediləcək".

"Həmçinin, Xocalı soyqırımının 27 illiyinə həsr olunmuş ictimai dinləmə keçiriləcək. Prezident İlham Əliyevin Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq idman və bədən tərbiyəsi sahəsində maarifləndirmə tədbirləri təşkil ediləcək və sair" - sədr vurğulayıb.

62
Teqlər:
sədr, Komitə, Milli Məclis
Əlaqədar
Sumqayıt poliqonu - real təhlükə: almanlar gənclər şəhərini xilas edə biləcəkmi?
Avropa Gənclər Yay Olimpiya Festivalı idmançılara nə qazandıracaq - ekspert şərh edir
Binanın damından tullanan gəncin paraşütü açılmadı – VİDEO